Hadisə

45 yaşlı kişini öldürən 8-ci sinif şagirdi 9 il iş aldı

45 yaşlı kişini öldürən 8-ci sinif şagirdi 9 il iş aldıBu gün Ağır Cinayətlər Məhkəməsində özündən 30 yaş böyük şəxsi qətlə yetirən məktəbli, 1999-cu il təvəllüdlü Elnur Heybətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Virtualaz.org saytının məlumatına görə, prosesə hakim Ramella Allahverdiyeva sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, E.Heybətov 9 il müddətinə azadlıqdan mərhum edilib.

Xatırladaq ki, hadisə 2014-cü il oktyabrın 14-də Xızı rayonunun Xələc kəndində baş verib. 1969-cu il təvəllüdlü Xasməmməd Rəsulovun bıçaqla qətlə yetirilmiş meyiti evində tapılıb. Xızı rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş kənd sakini Elnur Heybətov tutulub.

Məlum olub ki, 8-ci sinif şagirdi olan Elnur Heybətov Xasməmməd Rəsulovun evinə gəlib. Məktəbli ilə Xasməmməd arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı həyətdə olan stolun üstündəki bıçağı götürən Elnur Heybətov yaşca özündən xeyli böyük olan kişiyə çoxsaylı zərbələr vurub.

Elnur Heybətov törətdiyi cinayəti etiraf edib. O, ifadəsində hadisənin söyüş üstündə baş verdiyini deyib.

Öldürülən Xasməmməd Rəsulov Əfqanıstan döyüşlərinin iştirakçısı olub.

Elnur Heybətov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button