Hadisə

Bakıda gömrük işçisi güllələndi: idarədən 102 min manat aparıldı

Bakıda gömrük işçisi güllələndi: idarədən 102 min manat aparıldıBir neçə gün öncə paytaxtın mərkəzində ofisə basqın olub.

“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə fevralın 28-də saat 22:00 radələrində baş verib.

Naməlum şəxs Gömrük Komitəsinin Nəsimi rayonu, Kovereçkin küçəsində yerləşən inzibati ofisinə basqın edib. O, Bakı şəhər sakini, 1963-cü il təvəlüldlü Ərfatsiyad Babayevi sol çiynindən güllələyib. Bundan sonra seyfdən 102 min manat pulu götürüb və ofisin arxa qapısından çıxaraq oradan uzaqlaşıb.

Ə.Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Saytın əldə etdiyi məlumata görə, Ə.Babayev Gömrük Komitəsində işləyir.

Nəsimi Rayon Prokurorluğundan bildirilib ki, iş Bakı Şəhər Prokurorluğuna verilib.

Saytın əldə etdiyi məlumata görə, həmin binada Bakı Baş Gömrük İdarəsi yerləşir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button