Hadisə

Damdan atılıb intihar edəcəyini deyən şəxs xilas olundu

Damdan atılıb intihar edəcəyini deyən şəxs xilas olundu Musavat.com saytı xəbər verir ki, \”Lotos\”un damına çıxıb intihar edəcəyini deyən kişi əlindəki bıçaqla özünə, boğazına, sinəsinə xəsarət yetirib, ruhi həyəcan vəziyyətindədir.

FHN-in əməkdaşları hadisə yerinə gəliblər və naməlum şəxsin özünü yerə atacağı təqdirdə asfalta dəyib xəsarət almaması üçün çadır açıblar.

Xəbərə görə, adam telekanalların hadisə yerinə gəlib süjet hazırlamasını tələb edir və həbsxanada olan qardaşının vəziyyətindən bəhs edir. Həmin şəxs bildirib ki, onun qardaşı 12 saylı cəzaçəkmə müəssisəsində, günahsız yerə yatır və o, tələb edir ki, qardaşının işinə ədalətlə, düzgün baxsınlar.

Daha sonra hüquq-mühafizə orqanlarının işçiləri hadisə yerinə özünü öldürməklə hədələyən şəxsin bacısını gətiriblər. Onun vasitəsilə isterik vəziyyətdə olan şəxsi sakitləşdirmək və damdan düşürməyə nail olublar.

Həmin şəxs müvafiq araşdırmalardan ötrü polis bölməsinə aparılıb. Onun qolunda, sinəsində, boğazında bıçaq xəsarətləri görünüb.

* * *13:04

Bu dəqiqələrdə Bakının Nizami rayonu ərazisində yerləşən \”Lotos\” ticarət mərkəzinin damına çıxan əlibıçaqlı kişi özünü öldürməklə hədələyir.

Bu barədə xəbər verən əməkdaşımız bildirir ki, olduqca həyəcanlı olan kişi banklardan götürdüyü krediti ödəyə bilmədiyi üçün bu addımı atmağa məcburdur.

Ticarət mərkəzinin qarşısına xeyli adam yığılıb. Onlar adamı intihar fikrindən daşındırmağa çalışırlar.

Əməkdaşımızın verdiyi xəbərə görə, binanın damında 4 polis əməkdaşı da var. Onlar intihar təhdidi edən şəxsə yaxınlaşmadan, danışqla onun aşağı endirməyə çalışırlar. Adam isə fikrinin ciddi olduğunu göstərmək üçün artıq ayağının birini aşağı sallayıb.

Olayın inkişafı barədə xəbər verəcəyik (musavat.com).

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button