Hadisə

Azərbaycanlı avtoritet Moskvada özünü 7-ci mərtəbədən atdı (FOTO)

Moskvada polisdən qaçarkən Tryoxqornı Val küçəsindəki binanın 7-ci mərtəbəsinin pəncərəsindən özünü atan şəxsin kriminal avtoritet Rizvan Hüseynov (Rezvı) olduğu üzə çıxıb.
Savash.org xəbər verir ki, o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təqib olunub və nəticədə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, 7-ci mərtəbədən özünü atan Rizvan polislər tərəfindən yaxalanıb, əvvəlcə onun reanimasiyaya aparılarkən öldüyü deyilsə də, sonradan sağ qaldığı məlum olub. Mənbənin bildirdiyinə görə, həkimlər Rizvanovu həyata qaytarmaq istəsə də, cəhdləri uğursuz alınıb və bir müddət sonra həyatını itirib.
Rezvı məşhur Xabarovsk kriminal avtoriteti Aleksandr Voroninin (Malış) silahdaşı sayılırdı. “Hiyləgər, bacarıqlı, müəmmalıdır, eyni zamanda cəlbedicidir, asanlıqla özündən çıxa, asanlıqla aqressivləşə bilir. Çox təhlükəlidir. Saxlanılması halında silahlı müqavimət göstərə bilər”, – Rizvanovu hüquq-mühafizə orqanlarının işçiləri belə xarakterizə edib. 
Rezvı hadisəsiylə əlaqədar yoxlama başladılıb. Polisin onun olduğu yerə gəlməsinin səbəbi açıqlanmır. Alpər

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button