Hadisə

Biznesmenin “avtoş” oğlunun sonuncu qurbanı da öldü – (Fotolar)

Biznesmenin “avtoş” oğlunun sonuncu qurbanı da öldü - (Fotolar)Biznesmenin “avtoş” oğlunun sonuncu qurbanı da öldü – (Fotolar)

Tanınmış biznesmenin oğlu və Moskvada məşhur “avtoş”lardan Vaqif Mirzəyevin törətdiyi dəhşətli avtoqəzanın sonuncu qurbanı Darya Dyadyura xəstəxanada ölüb.

Virtualaz.org saytı xəbər verir ki, Darya Dyadyura qəza anında V.Mirzəyevin idarə etdiyi “BMW M5” markalı avtomobilin arxa oturacağında oturmuşdu və dəhşətli qəzadan sağ çıxan yeganə şəxs idi.

Noyabrın 8-də Moskvada baş verən həmin qəzada V.Mirzəyev də daxil olmaqla 5 nəfər həlak olub.

Şahidlərin bildirdiyinə görə, V.Mirzəyev avtomobili saatda 220 kilometr sürətlə idarə edib, avtomobillər arasında sağa-sola kəskin manevrlər edərək “şaşki” oynayıb. Nəhayət, o, idarəetməni itirib və avtomobil qarşı hərəkət zolağına çıxaraq “Hyundai” markalı taksi ilə toqquşub.

Toqquşma nəticəsində avtomobil yanmağa başlayıb. Hadisə yerinə toplaşanlar sürətlə yanan avtomobildən yalnız onurğa sütunu sınmış Darya Dyadyuranı ağır yaralı və yanmış vəziyyətdə çıxara biliblər. Qalanlar isə yanaraq ölüb.

Daha sonra məlum olub ki, V.Mirzəyev sürət həvəskarı olub və bir il əvvəl o, avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün sürücülük hüququndan iki illiyinə məhrum edilmişdi. Lakin məhkəmənin qərarına baxmayaraq V.Mirzəyev Moskvada idman avtomobilində şütüməkdə davam edib.
Biznesmenin “avtoş” oğlunun sonuncu qurbanı da öldü - (Fotolar)
Biznesmenin “avtoş” oğlunun sonuncu qurbanı da öldü - (Fotolar)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button