Hadisə

Çoban 12 yaşlı qızı zorladı və…

Çoban 12 yaşlı qızı zorladı və...
Türkiyənin daha bir vilayətində azyaşlıya qarşı təcavüz hadisəsi qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, Türkiyənin Kırklareli vilayətinin Yörükbayır kəndində yaşayan 46 yaşlı çobanın həmkəndlisinin 12 yaşlı qızına təcavüz etdiyi ortaya çıxıb.

Bir ildən artıq müdətdə çoban tərəfindən zorlanan azyaşlı qız nəhayət olanları ailəsinə danışıb. Ailə isə dərhal polisə zəng edərək şəxs barəsində şikayətçi olub.

Polis tərəfindən axtarıldığını eşidən çoban meşəlik əraziyə qaçaraq gizlənib. Lakin orada çox qala bilməyən çoban gizli əşkildə evindən ərzaq götürməyə gələrkən polislərin tələsinə düşüb.

Saxlanılan şəxs etdiyi əməli izahat zamanı etiraf edib. Bundan başqa, onun 10 il əvvəl də belə bir hadisə törətdiyi və cəzalandırıldığı məlum olub.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button