Hadisə
Ziya Məmmədovun qoçuları daha bir sürücünü döydü
Nəqliyyat Departamentinin əməkdaşları ilə sürücülər arasında olan ənənəvi insidentin növbəti faktı qeydə alınıb.
“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, sürücü hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinə müraciət edib.
Nəqliyyat Departamentinin 3 nəfər əməkdaşı Heydər Əliyev prospektində xuliqanlıq zəminində Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Faiq Salahzadəni döyüb.