Hadisə
Rəis müavini qəza törətdi: piyada öldü
Daxili İşlər Nazirliyinin əməkdaşı dünən axşam saatlarında qəza törədib.
“Qafqazinfo” xəbər verir ki, hadisə martın 4-ü saat 22:30 radələrində Bül-Bülə qəsəbəsində baş verib.
Nazirliyin Polis Akademiyasının kurs rəisinin müavini, polis kapitanı, 1972-ci il təvəllüdlü Əliyar Ramazanov idarə etdiyi “Mercedes” markalı 90 UE 940 nömrəli avtomobillə Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Qabil Məmmədovu vurub.
14 yaşlı Q.Məmmədov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.