Hadisə
Bakı-Quba yolunda qəza: ölən var
Bakı-Quba yolunda, ekologiya postunun yanında piyadanın ölümünə səbəb olan qəza baş verib. Qəza zamanı şəxsiyyəti məlum olmayan təxminən 50-55 yaşlarında kişi “Mercedes” markalı maşın tərəfindən vurulub. Qəza nəticəsində piyada aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində dünyasını dəyişib.
Qəzadan sonra hadisə yerinə Baş Dövlət Yol Polis idarəsinin əməkdaşları cəlb olunub. Meyit və hadisə yerinə baxış keçirilib. Polislər qəza zamanı ölən piyadanın kimliyini müəyyən etmək istiqamətində araşdırmalarını davam etdirirlər.
Faktla Baş Dövlət Yol Polis idarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi başlanılıb, istintaq davam edir.