Hadisə

Azərbaycanlı sürücü İstanbulda maşını Bakıdakı kimi saxladı

Azərbaycanlı sürücü İstanbulda maşını Bakıdakı kimi saxladıBakıdan Türkiyəyə gedən sürücü qayda pozuntusu ilə insanların diqqətini çəkib. Avtosfer.az-a oxucular tərəfindən göndərilən fotodan aydın olur ki, İstanbulun Aksaray adlanan ərazisində Azərbaycana məxsus \”BMW-X-6\” markalı, 90 HN 888 dövlət nömrə nişanlı avtomobil dayanma-durma qaydalarını kobud şəkildə pozub. Görünür, özünü Bakıdakı kimi hiss edən sürücü avtomobili səkiyə çıxarıb və orada park edib.
Fotonu göndərən oxucunun bildirdiyinə görə, Bakıdan gələn sürücünün bu hərəkəti ətrafdakı insanlar tərəfindən narazılıqla qarşılanıb. Fotoya diqqətlə baxdıqda görünür ki, səkidə bu maşından başqa heç kim park etməyib. Maşınlar yalnız yolun solunda dayanıb.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button