Hadisə

Polis əməliyyat keçirdi: Bakıda qadın narkotacir saxlanıldı

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Bəşirov paytaxtın Nəsimi rayonu ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməıtindən Savash.org-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 7 qramdan artıq heroin və metamfetamin aşkar edilib.

Əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə 5 kiloqram 385 qram heroin və 414 qram metamfetamin götürülüb.

Davam etdirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən qrupun digər üzvü – Abşeron rayon sakini L.Abuzərova da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmışdır. Ondan narkotik vasitələrin satışından əldə olunmuş pulların yükləndiyi bankomat kartı götürülmüşdür.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button