Hadisə

Bakıda şok anlar: Maşının baqajın açan polislər şok mənzərə ilə rastlaşdı (VİDEO)

Bakıya gizli yolla sərnişin daşıyan avtobus sürücüsü saxlanılıb.

APA-nın məlumatına görə, Bakı-Qazax yolunun 65-ci kilometrliyində quraşdırılmış xüsusi karantin postunda Bakı istiqamətində hərəkətdə olan Mingəçevir şəhər sakini Zamin Talıbova məxsus, Samux rayon sakini Ramiz Həsənovun idarə etdiyi “Mercedes” markalı iritutumlu avtobus saxlanılıb. Polis əməkdaşları və DİN-in hərbi qulluqçuları tərəfindən avtobusa baxış keçirilərkən avtobusun salonu boş olduğu halda onun baqaj yerində gizlənən 7 nəfər aşkar edilib.

İlkin araşdırmalarla məlum olub ki, avtobusun sahibi Z.Talıbov əvvəllər də müvafiq icazəsi olmayan şəxslərin qanunsuz yollarla karantin postlarından keçirməyə cəhd göstərib. Ona 1-ci dəfə inzibati cərimə, 2-ci dəfə isə inzibati həbs cəzası tətbiq edilib.

Bunlardan nəticə çıxarmayan avtobus sahibi və onun sürücüsü artıq 3-cü dəfə eyni inzibati xətanı törədiblər.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button