Hadisə
Helikopterlər toqquşdu: 10 ölü
Argentinada iki helikopter toqquşub.
ANS PRESS-in məlumatına görə, Argentinanın şimalında yerləşən La-Rioxa əyalətində iki helikopterin bir-birinə dəyməsi nəticəsində 10 nəfər həlak olub.
Qəzaya uğrayan helikopterlər realiti şou çəkilişləri həyata keçirirmişlər.
Hələlik ölən şəxslərin kimliyi barədə məlumat verilməsə də həlak olanlardan 4 nəfərin fransız da olduğu bildirilir.
Qəza turistlərin maraq göstərdiyi bir ərazidə baş verib.