Hadisə

Erməni maşınla azərbaycanlı məktəblini vurdu

Erməni maşınla azərbaycanlı məktəblini vurduÖtən gün axşam saatlarında Gürcüstanın Ermənistanla həmsərhəd, azərbaycanlıların kompakt yaşadığı Sadaxlı kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Ermənistan vətəndaşının idarə etdiyi “Mercedes” markalı taksi avtomobili 1 saylı Sadaxlı kənd orta məktəbinin 4-cü sinif şagirdi, 10 yaşlı Əliyev Əli Məhəmməd oğlunu vurub. Məktəbli hadisə yerində keçinib. Hadisə barədə APA-ya \”Sadaxlı Dirçəliş İttifaqı\”nın sədri Sabir Mehdiyev məlumat verib. Onun sözlərinə görə, maşın yüksək sürətlə hərəkət edib.

Hadisəni Sadaxlı 1 saylı orta məktəbin direktoru Sayad Xəlilov da təsdiqləyib.

Marneuli Rayon Bələdiyyəsinin sədri Nəbi Abdullayev isə hadisə ilə bağlı cinayət işi qaldırıldığını bildirib: \” Hadisəni törədən sürücü saxlanılıb. İki-üç gün bundan əvvəl yol departamentinə məktub yazmışdıq ki, kəndin içinə tramplinlər qoyulsun. Cavab almışdıq ki, bu iş yaxın həftədə həyata keçiriləcək\”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button