Hadisə

Dostunun söyüşü 1 ildən sonra yadına düşdü, vurub öldürdü

Dostunun söyüşü 1 ildən sonra yadına düşdü, vurub öldürdü

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Balakən rayon sakini, 1986-cı il təvəllüdlü Abdulla Saramanovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı martın 18-ə təyin olunub.

Qeyd edək ki, hadisə Abşeron rayonu ərazisində baş verib. Abdulla Saramanov aralarında yaranmış mübahisə zəminində Qax rayon sakini, 1982-ci il təvəllüdlü Ramil Məmmədovu bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən A.Saramanov saxlanılıb.

İstintaq araşdırması zamanı hadisənin bəzi təfərrüatları üzə çıxıb. Məlum olub ki, dostlar arasında insident söyüş üstündə baş verib. Belə ki, hadisədən bir il əvvəl Ramil Məmmədov dostunu söyübmüş. Bir ildən sonra isə Abdullanın yadına dostunun onu söyməsi düşüb və Ramildən qisas almaq qərarına gəlib.

Bu məqsədlə dostunu pivə içməyə çağırıb. Ramil heç nədən şübhələnməyib dostunun çağırışına gəlib. Birlikdə kafedə iki parç pivə sifariş ediblər. Pivə içən zaman Abdulla dostuna bir il əvvəl onu söyməsini xatırladıb. Ramil də etiraf edib ki, bəli, söymüşəm. Bu vaxt Abdulla özündə olan bıçaqla Ramilə beş bıçaq zərbəsi endirib. Yaralı çoxlu qan itirdiyindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu
Close
Back to top button