Hadisə
Polis Bakıda özünü 8-ci mərtəbədən atmaq istəyən qadını xilas etdi
Bakı sakini intihara cəhd edib. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Dadaş Bünyadzadə küçəsi ev 15-də qeydə alınıb.
Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Samirə Zülfəli qızı Əliyeva ailə münaqişəsi zəminində özünü binanın 8-ci mərtəbəsindən atacağını bildirib.
Yasamal Rayon Polis İdarəsinin və 29-cu Polis Bölməsinin Əraziyə gələn əməkdaşlarının apardığı profilaktik söhbət nəticəsində S.Əliyeva fikrindən daşındırılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.