Hadisə

Bakıya qar yağır

Bakıya qar yağır
Bakıya ilk qar yağır. ANS PRESS-in məlumatına görə, bu gün səhər saatlarından paytaxta ilk qarın yağmağa başlayıb.

Ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti paytaxt və regionlarda qar və sulu qarın yağacağı xəbərini vermişdi.

Qeyd edək ki, dekabrın 03-də hava şəraitinin soyuq, yağıntılı keçəcəyi, sulu qar yağacağı, gecəyə doğru tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə və səhər 3 dərəcəyədək isti, axşama doğru isə 0 dərəcəyə yaxın olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 780 mm civə sütunundan 765 mm civə sütununadək enəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 03-də havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 5-10, bəzi yerlərdə 15, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
Mənbə

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button