Hadisə

Türkiyə sahillərində gəmi iki hissəyə bölündü: Ölənlər var

Türkiyədə batan gəmidə 4 meyit tapılıb, 6 nəfər xilas edilib.

Savash.org -un  xəbərinə görə,  Bartın Valisi Sinan Güner, Qara dənizdə  batan gəmidəki digər heyətin də xilas olunma işlərinin davam etdiyini deyib.

“Arvin” adlı gəminin Qara dəniz vasitəsilə Gürcüstandan Bolqarıstana üzdüyünü bildirən valinin sözlərinə görə, yüklü gəmi fırtınaya düşdüyü üçün yardım almaq məqsədilə Türkiyədə Bartın limanına girmək istəyib:

Vali  gəmidəki heyətdə 2-nin Rusiya, 10-nun Ukrayna vətəndaşı olmaqla ümumilikdə 12 nəfərin olduğunu deyib.

Qeyd edək ki, təxminən bir saat öncə gəmi limana yaxınlaşmazdan öncə ortadan ikiyə bölünüb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button