Hadisə

\”Dədəmin\”də güclü yanğın: 5 bahalı motosikl külə döndü

"Dədəmin"də güclü yanğın: 5 bahalı motosikl külə döndü

Bakıda avtomobil servisində yanğın olub.

FHN-nin rəsmi saytının verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda vətandaşa məxsus ümumi sahəsi 250 kv.m olan “Dədəmin” avtoservisinin yanar konstruksiyaları, içərisində olan, təmirə dayanmış sahibi məlim olmayan “Nissan” markalı minik avtomobilin yanar hissələri, “Range Rover” markalı minik avtomobilinin arxa hissəsi qismən və bitişik avtomobil ehtiyatları mağazasının yanar hissələri həmçinin, mağazada olan 2 ədəd “Suzuki” markalı və 3 ədəd “Harley Davidson” markalı motosikletləri yanıb.

Təmirə dayanmış “Range Rover” markalı avtomobilinin qalan hissəsi, 6 ədəd minik avtomobili, mağazada olan 1 ədəd motosiklet və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Virtualaz.org saytı xatırladır ki, \”Dədəmin\” avtoservisi \”AMAY Abdulla\” kimi tanınan iş adamı Abdulla Abdullayevin qardaşına məxsus olub.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button