Hadisə

Bakı metrosunun qarşısında ölüm

Bakı metrosunun qarşısında ölüm
Bu gün səhər saatlarında Bakı Metropoliteninin qarşısında ölüm hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə hadisə metronun \”Elmlər Akademiyası\” stansiyasının qarşısında qeydə alınıb.

Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Məlum olub ki, dünyaını dəyişən Ağdam rayonundan olan 1948-ci il təvəllüdlü Vidadi İbrahimovdur.

İlkin ehtimala görə, o ürək tutmasından dünyasını dəyişib.

Faktla bağlı 28-ci polis bölməsində araşdırma aparılır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button