Hadisə

Bakı məktəbində uçqun – (Video)

Bakı məktəbində uçqun - (Video)

Xətai rayonundakı məhəllələrdən birində divarlar torpaq qatına tab gətirməyərək uçub. Dağıntılar yola tökülüb. Sakinlərin istifadə etdiyi yeganə yol da keçilməz vəziyyətə düşüb.

ANS TV-nin məlumatına görə, Bakının Xətai rayonu, Gəncə prospekti, 191 saylı məktəbin yaxınlığındakı istinad divarları uçub. Buna görə də sakinlər və məktəblilər təşvişə düşüb. Dediklərinə görə, onların istifadə etdiyi yeganə yol buradır.

Sakinlərin dediyinə görə, yağan yağış suları nətəcəsində məktəbə yaxın ərazidə istinad divarları uçub. Buna görə də şagird və valideyinlər yol bağlandığından təhlükəli ərazidən keçmək məcburiyyətində qalırlar.

Sakinlər uçqunun səbəbini torpaq sürüşməsilə əlaqələndirirlər. Deyirlər ki, xoşbəxtlikdən uçqun zamanı burdan keçən olmayıb. Hadisə gecə saatlarında baş verib. Ərazidə olan iri beton hissəcikləri hardasa, aşağıya doğru uçub. Amma bu hadisə davamlı baş verir.

Bütün bunlar sakinlərin sözləridir. Onların dediyinə görə, bir azdan məktəbin divarları da uçacaq. Bununla bağlı aidiyyəti qurumlara da dəfələrlə müraciət edilib.

“İstinad divarları yaxınlığında qaz xətti vardı. Xoşbəxtlikdən uçqun zamanı qaz xətti zədələnmədi. Əgər qaz xətti zədələnsəydi o zaman ərazidə güclü partlayış və yanğın baş verərdi”, – deyə sakin Gülağa Mehdiyev bildirib.

\”Məktəbin yuxarı hissəsində çoxmərtəbili binalar inşa edilib. Həmin binaların kanalizasiya sistemi olmadığına görə, su hara gəldi axıdılır. Nəticədə torpaq qatı boşalır və uçqun baş verir”, – deyə digər sakin Rasim Ağayev qeyd edib.

Baş verən hadisə ilə bağlı Ekologiya və Təbbi Sərvətlər Nazirliyindən bildiriblər ki, əraziyə baxış keçirilib. Və orada torpaq sürüşməsi faktı qeydə alınmayıb. Sadəcə uçqun hadisəsi baş verib. Aidiyyəti qurumlara da qeydə alınan faktlarla bağlı məlumat verilib.

Xətai Rayon İcra Hakimiyyətindən verilən məlumata görə isə əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları baxış keçirib və rəy də tərtib edilib. Rəy isə Nazirlər Kabinetinə təqdim edilib. Bununla da problem tezliklə həll olunacaq.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button