Hadisə

Dubayda 5 Azərbaycan vətəndaşı həbs olundu

Dubayda 5 Azərbaycan vətəndaşı həbs olunduDubay polisi narkotik maddə saxlamaqda və istifadə etməkdə şübhəli bilinən 5 Azərbaycan vətəndaşını həbs edib.

Virtualaz.org saytı Birləşmiş Ərəb Əmirlikləri KİV-lərinə istinadən xəbər verir ki, Dubay prokurorluğunun açıqlamasına əsasən şübhəlilərdən 123 qram narkotik maddə aşkar olunub. Söhbət kimyəvi narkotikdən gedir.

Dubay polisinin narkotiklərə qarşı Baş Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən əvvəlcə Azərbaycan vətəndaşı A.S. narkotik maddə saxlamaq ittihamı ilə həbs edilib. Ondan polietilen paketdə 123 qram narkotik aşkar edilib. Saxlanılan şəxs polisə ifadəsində narkotik istifadəçisi olduğunu təsdiqləyib.

Polis A.G. adlı ikinci şübhəlinin mənzilini axtarıb və onunla birlikdə daha üç nəfəri həb edib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button