Hadisə

76 yaşlı kişi arvadını baltalayıb öldürdü

76 yaşlı kişi arvadını baltalayıb öldürdü

Şəkidə 76 yaşlı kişi 68 yaşlı arvadını balta ilə qətlə yetirib.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə ötən axşam saat 22 radələrində rayonun Baş Göynük kəndində baş verib.

1939-cu il təvəllüdlü, İslam Zəkəriyyə oğlu Abduyev ailə münaqişəsi zəminində həyat yoldaşı, 1947-ci il təvəllüdlü İrayə Məmməd qızı Məmmədovanın baş nahiyəsindən balta ilə vuraraq qətlə yetirib. İ. Abduyev saxlanılıb.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır (APA).

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button