Hadisə

Bakıda yol polisi qəza törətdi – (Fotolar)

Bakıda yol polisi qəza törətdi – (Fotolar)

Ötən gecə Yasamal rayonunda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, qəza rayonun Ə.Salamzadə küçəsində qeydə alınıb. Yol patrul xidmətinə məxsus \”BMW\” markalı avtomobil baş yolda hərəkətdə olarkən yardımçı yoldan qəflətən onun qarşısına \”Renault\” markalı avtomobil çıxıb. Bu zaman \”Renault\”ya dəyən \”BMW\” daha sonra \”Toyota\”ya çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da hər üç maşına ciddi ziyan dəyib.

Hadisə yerinə Yasamal Rayon Yol Polisi İdarəsinin əməkdaşları gəliblər. Avtomobillər evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.
Bakıda yol polisi qəza törətdi – (Fotolar)
Bakıda yol polisi qəza törətdi – (Fotolar)
Bakıda yol polisi qəza törətdi – (Fotolar)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button