Hadisə

Şəkidə arvad ərini bıçaqladı

Şəkidə arvad ərini bıçaqladı

Şəkidə arvad ailə münaqişəsi zəminində həyat yoldaşını bıçaqlayıb.

Şəki Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, Şəki şəhəri, 18-ci rayon, L. Tolstoy küçəsi ev 25-də yaşayan 1979-cu il təvəllüdlü Zaur Nüsrət oğlu İsmayılov bel nahiyəsinin və sağ saitin kəsilmiş və didilmiş bıçaq xəsarətləri ilə xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-stabil hesab olunur.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən bildirilib ki, hadisə Zaur İsmayılovun yaşadığı ünvanda baş verib. Zaur İsmayılov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Günel İlqar qızı İsmayılova və həyat yoldaşının qohumu, 1986-cı il təvəllüdlü Sevda Cəlil qızı Mirzəyeva ilə mübahisə edib. Mübahisə zamanı Zaur İsmayılov həyat yoldaşı Günel İsmayılovanın və onun qohumu Sevda Mirzəyevanın əl barmaqlarına yüngül xəsarət yetirib. Bu zaman Günel İsmayılova bıçağa əl ataraq həyat yoldaşı Zaur İsmayılova xəsarətlər yetirib.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button