Hadisə

Hicab məhbusu dustaq ölümünə etiraza görə hələ də karsda saxlanılır

Hicab məhbusu dustaq ölümünə etiraza görə hələ də karsda saxlanılır
Qurban Məmmədov: “Araz Quliyev və digərləri faktiki, ölümə məhkum ediliblər…”

Xəbər verildiyi kimi, 2014-cü il dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində (CÇM) məhkum Elşad Babayevin işgəncə ilə ölümündən sonra adı çəkilən müəssisədə etiraz baş qaldırıb. O zaman “zona” xüsusi təyinatlı qoşun hissələri yeridilmiş, aksiyada iştiraka görə bir sıra məhbuslar fiziki təzyiqlərə məruz qalmışdılar.

Onlardan hicab məhbusu Araz Quliyev və bir neçə digər dustaq işgəncə verilmək üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə – “Tubzon”a aparılmışdılar. Bir ay karserdə saxlanılan məhkumlar ağır işgəncələrə məruz qaldıqdan sonra yenidən 14 saylı CM-ə qaytarılmışdılar.
Lakin əldə elədiyimiz məlumata görə, həmin məhbuslar hələ də həbsxanada karserdə saxlanılırlar ki, bu da onların doğmaları ilə yanaşı, ictimaiyyətdə haqlı narazılıq və narahatlıq yaradır.

Hüquqşünas Qurban Məmmədov hesab edir ki, məhbuslara bu cür münasibət qisas aktıdır və qanuna ziddir: “Faktiki olaraq, həmin məhbuslar ölümə məhkum ediliblər. Karserdə uzun müddət saxlanılma kimi inzibati cəza yoxdur. Baş verənlər özbaşınalıq və dövlət terrorudur. Araz Quliyev və başqaları dərhal karsdan çıxarılmalı və onlara normal şərait yaradılmalıdır. Bu barədə bütün beynəlxalq təşkilatları məlumatlandırmaq və diqqəti bu özbaşınalığa və dövlət terroruna yönəltmək lazımdır”.

Ümid edək ki, aidiyyəti qurumlar məsələni nəzarətə götürəcək və onsuz da azadlıqdan məhrum edilməklə ağır cəza almış insanlara, vicdan məhbuslarına üstəlik içəridə əlavə işgəncələr verilməsinə biganə olmayacaqlar.

Xatırladaq ki, cenubnews.com internet qəzetinin baş redaktoru olmuş Araz Quliyev saxta ittihamlar əsasında 8 il müddətinə azadlıqdan məhrum edilib.(musavat.com)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button