Hadisə

Azərbaycanlı kapitanı və leytenantı yaraladı, cavab atəşi ilə zərərsizləşdirildi

Azərbaycanlı kapitanı və leytenantı yaraladı, cavab atəşi ilə zərərsizləşdirildiSankt-Peterburqun Kalininsk rayonunda polis əməliyyatçıları azərbaycanlını yaxlamaq istərkən atışma baş verib.

Virtualaz.org xəbər verir ki, hadisə martın 20-nə keçən gecə baş verib. Rayon polisinin cinayət axtarış bölməsinin əməliyyatçıları, 27 yaşlı kiçik leytenant və 31 yaşlı kapitan növbədən qayıdarkən köməyə çağıran birini və əlində bıçaq onu qovan naməlum şəxsi görüblər. Polis əməkdaşları əli bıçaqlı şəxsi yaxalamaq istəyiblər,lakin o bıçaqla müqavimət göstərib və polisləri yaralayıb.

Polislər cinayətkara qarşı tabel silahını tətbiq ediblər. Onlar əvvəlcə havaya üç xəbərdarlıq atəşi açıblar, ancaq bıçaqlı şəxs buna məhıl qoymadığı üçün polislər onun hər iki dizindən güllə ilə vurublar. Məlum olub ki, bu şəxs 23 yaşında Azərbaycan vətəndaşıdır, işləmir. O, xəstəxanaya aparılıb, hadisə araşdırılır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button