HadisəManşet

Xocavənddə erməni faşist liderinə heykəl qoyuldu – VİDEO

Ermənilər Qarabağda təxribatlara davam edirlər.

Savash.org erməni mediasına istinadən xəbər verir ki, Xocavənd rayonunun mərkəzində erməni faşist lideri, Hitlerin əlaltısı, Anadoluda və Qafqazda türklərə və azərbaycanlılara qarşı soyqırımı həyata keçirmiş Qaregin Nijdeyə heykəl qoyulub.

Maraqlıdır ki, Rusiya sülhməramlıları faşistin heykəlinin qoyulmasına mane olmayıblar.

Qeyd edək ki, Qaregin Nijde 1945-ci ildə İkinci Dünya müharibəsindən sonra Hitler Almaniyası ilə əməkdaşlıq etdiyi üçün Sovet İttifaqı məhkəməsi tərəfindən həbsə məhkum olunub. O, 1955-ci il dekabrın 21-də Rusiyanın Vladimir şəhərində həbsxanada ölüb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button