Hadisə

Füzuli və Ağdamda dağıntılar aradan qaldırılır: Yeni evlər tikilir – VİDEO

Ermənistan silahlı qüvvələrinin hərbi təcüvüzü və bombardmanı nəticəsində yerlə yeksan edilən mülki şəxslərə məxsus evlərin yenidən tikintisi və bərpası prosesi sürətlə davam edir.

HİT.Az-ın məlumatına görə, Trend TV-nin Qarabağ bölgəsindəki çəkiliş qrupu gün ərzində Ağdam və Füzuli rayonlarında tikintinin gedişini lentə alıb. 11 şəhər və rayon üzrə aparılan təmir-bərpa işləri Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı və birbaşa nəzarəti altında həyata keçirilir.

Xatırladaq ki, bu gündən etibarən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması üzrə Gəncə, Mingəçevir, Tərtər və Naftalan şəhərlərində, habelə Füzuli, Cəbrayıl, Goranboy, Ağdam, Ağcabədi, Beyləqan və Bərdə rayonları ərazisində bərpa və təmir-tikinti işlərinə start verilib.

Trend TV-nin Füzuli və Ağdamdan hazırladığı reportajı təqdim edirik:

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button