Hadisə

Vətən müharibəsində yaralanan hərbi qulluqçumuz şəhid oldu

Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) şəhid olub.

Savash.org-un xəbərinə görə, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1997-ci il təvəllüdlü, MAXE Əliyev Azər Dilafət oğlu oktyabr ayının 15-i Xocavənd istiqamətində gedən döyüşlərdə başından ağır yaralanıb.

O, yanvarın 28-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
A.Əliyev bu gün Yuxarı Qiyaməddinli kəndində dəfn edilib.
Şəhidimiz ailəli idi, bir azyaşlı övladı var.
Allah rəhmət eləsin!

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button