Hadisə

Azərbaycanda \”bayram terroru\”: 9 ölü

Azərbaycanda "bayram terroru": 9 ölüAzərbaycanda Novruz bayramı günlərində baş verən yol qəzaların sayı açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, martın 20, 21, 22-də 25 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər ölüb 25 nəfər xəsarət alıb.

Kamran Əliyev bildirib ki, yol hadisələrindən 10-u Bakıda qeydə alınıb. Qəzalar zamanı 5 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Son üç gündə baş verən hadisələrin 60 faizi piyadavurma ilə bağlı olub. Piyadavurma hadisələri ən çox paytaxtın payına düşüb. Belə ki, 8 hadisədən 6-sı Bakıda baş verib. Ölüm hallarının hamısı bu faktlarla bağlıdır.

DİN rəsmisi qeyd edib ki, 11 yol qəzasına səbəb avtomobillərin toqquşması olub. Bu cür qəzalar zamanı 1 nəfər ölüb, 19 nəfər yaralanıb.

Ölümlə nəticələnən yol qəzalarının böyük əksəriyyəti axşam saatlarında baş verib. Belə ki, sutkanın qaranlıq vaxtı yol qəzaları zamanı 7 nəfər ölüb, 17 nəfər xəsarət alıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button