Hadisə

Ermənistan parlamentində Qarabağ qalmaqalı: Nazirlə deputat qarşı-qarşıya gəldi

Ermənistan parlamentinin bu gün keçirilən iclasında qalmaqal olub.

Belə ki, Əmək və əhalinin sosial müdaifəsi naziri Mesrop Arakelyanla müxalifətdən olan deputat Taron Simonyanla mübahisəsi Şuşa ilə bağlı məqamları da əhatə edib.

Müxalif deputat Azərbaycan tərəfinin Qarabağın erməni işğalından azad edilən ərazisində tikinti-bərpa işlərinin sürətindən narazılığını bildirib. Qeyd edib ki, həmin ərazilərdə tikinti-quruculuq işləri sürətlə aparılır.

Nazir isə buna cavab tapa bilməyərək Şuşada hələ də elektrik enerjisi olmadığını iddia edib: “Azərbaycan hələ də Şuşanı elektrik enerjisi ilə təmin edə bilməyib. Orada indi də işıq yoxdur. Hərbçilər və azsaylı əhali orada hələ də işıqsız qalıb”.

Nazir erməni və Azərbaycan tərəflərinin Qarabağda apardığı işləri müqayisəsinin yanlış olduğunu bildirib.

Cavab olaraq Simonyan deyib ki, ermənilərin nəzarətində olan ərazilərdə tikinti işləri aparılmır və bu biganəlik cinayətə bərabərdir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button