Hadisə

Şirvanda qadın boğularaq qətlə yetirilib

Şirvan prokurorluğu şəhər ərazisində törədilən qətllə bağlı məlumat yayıb.

Prokurorluqdan verilən məlumata görə, fevralın 5-də səhər saatlarında Şirvan şəhəri ərazisində 1969-cu il təvəllüdlü Dadaşova Durna Həsən qızına məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən hadisənin təfərrüatlarını və cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

saat 14:30

Şirvanda qətl törədilib.

APA-nın məlumatına görə, hadisə ötən gecə saat 00:00 radələrində rayonun Şirvan şəhəri, Naxçıvan küçəsi 12 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1969-cu il təvəllüdlü Dadaşova Durna Həsən qızı boğularaq qətlə yetirilib. Qətlə yetirilməzdən əvvəl qadının əl-qolu bağlanıb.

Hadisənin motivi hələlik məlum deyil.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparılır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button