Hadisə

92 yaşında dirildi

92 yaşında dirildi
Bir neçə gün əvvəl Almaniyada baş verən hadisə hər kəsi şoka salıb. Hassel bölgəsindəki qocalar evində qalan qadın səhər yatağında ölü olaraq tapılıb. 92 yaşlı qadının baxıcısı onu oyandırmağa gəldiyi zaman nəfəs almadığını görüb. Həkimlərin müayinəsindən sonra öldüyü müəyyənləşdirilən qadın dəfn mərasimi üçün hazırlanıb.

Lakin yaşlı qadın tabuta qoyularkən nəfəs almağa başlayıb. Səs-küy salaraq ölmədiyini hər kəsə bildirən qadın qısa müddətdə xəstəxanaya çatdırılıb. Qadının dirilməsi ətrafdakıları şoka salıb. O, bir neçə saat xəstəxanada qalsa da, ürək çatışmazlığından həyatını itirib. Roza B. adlı qadının müəmmalı ölümü qocalar evi haqqında dedi-qoduların yaranmasına səbəb olub.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button