Hadisə

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində etiraz aksiyası – FOTO

Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Daştəpə kəndində etiraz aksiyası keçirilib.

Savash.org xəbər verir ki, bir qrup sakin kənddə mövcud olan problemlərin illərdir həll olunmamasından şikayət ediblər.

Onların sözlərinə görə, Daştəpə suvarma suyu ilə təmin olunmur və bu problem yalnız seçkilər öncəsi yada düşür, lakin verilən vədlər yerinə yetirilmir.

Kənddə məişət tullantıları üçün yerləşdirilən qutuların, işıq dirəklərinin yetərli olmadığı da bildirilib. Sakinlər Daştəpədə zibillərin aylarla yol kənarlarında toplandığını və antisanitar vəziyyətin yarandığını da qeyd ediblər.

Etirazçılar aidiyyəti dövlət qurumlarından kəndi narahat edən problemlərə biganə qalmamağı tələb ediblər.

Qeyd edək ki, Daştəpə kəndində analoji aksiya ötən ilin sentyabrında da keçirilib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button