Hadisə

Ermənistan Qarabağa əsgər göndərməkdən imtina etdi

Bundan sonra Ermənistandan Qarabağa müddətli həqiqi hərbi xidmət üçün əsgər göndərilməyəcək.

Savash.org xəbər verir ki, Ermənistan ordusuna qış çağırışı fevralın əvvəlində başlayıb.

Müddətli həqiqi hərbi xidmətə çağırılanlar ancaq Ermənistan ərazisindəki hərbi hissələrdə xidmət keçəcəklər.

Qeyd edək ki, Ermənistanda övladlarının hərbi xidmət keçmək üçün Qarabağa göndərilməsinə etiraz edən valideynlər silsilə aksiyalar keçirib. (APA)

Onu da əlavə edək ki, erməni mətbuatında və sosial şəbəkələrində Dağlıq Qarabağdakı separatçı rejimin “ordusunun” buraxıldığı barədə məlumatlar yayılıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button