Hadisə

Bakıda yol polisi sərxoş polis polkovnik-leytenantını saxladı

Bakıda yol polisi sərxoş polis polkovnik-leytenantını saxladıBakıda rəis müavini sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün polislər tərəfindən saxlanılıb.

“Report” xəbər verir ki, hadisə bir neçə gün əvvəl Bakı-Quba yolunda qeydə alınıb. Belə ki, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin (PB) rəis müavini, polis polkovnik-leytenantı Şərifov Rafiq Vaqif oğlunun idarə etdiyi 90-BZ-455 dövlət qeydiyyat nişanlı \”Land Rover\” markalı avtomobillə kobud qayda pozuntusuna yol verdiyi üçün yol polisləri ona \”Saxla!\” əmri veriblər. Lakin rəis müavini yol polislərinə tabesizlik göstərərək maşını saxlamayıb.

Saray qəsəbəsi ərazisindəki postda isə R.Şərifovu polislər məcburi qaydada saxlayaraq Abşeron Rayon Polis İdarəsinə (RPİ) gətiriblər.

R.Şərifov barəsində idarədə toplanan materiallar artıq Daxili İşlər Nazirliyinə (DİN) göndərilib. Hazırda rəis müavini barəsində DİN-in Daxili Təhqiqat İdarəsində araşdırma aparılır. Bu araşdırmaların yekununa qədər isə R.Şərifova 38-ci PB-də işə çıxmaq qadağan edilib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button