Hadisə
Bakıda sərxoş sürücünü saxlayan polisi təpiklədilər
Bakıda yol polisi sürücünü saxladığı üçün döyülüb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Xətai rayonu M.Hadi küçəsində baş verib.
Bakı sakini 1986-cı il təvəllüdlü Fikrət Məmmədov sərxoş vəziyyətdə idarə etdiyi Volksvagen markalı 99 DO 706 nömrəli avtomobillə yol hərəkəti qaydasını pozub. Bu səbədən DYPİ-nin inspektoru polis baş serjantı 1966-cı il təvəllüdlü Oruc Tağıyev tərəfindən saxlanılıb. Həmin vaxt avtomobildə olan sərnişin 1987-ci il təvəllüdlü Ramil Bağırov polisi təpikləyərək döyüb. O.Tağıyev hadisə nəticəsində xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.