Hadisə

Sumqayıt sakinindən narkotik vasitə və silah aşkarlanaraq götürülüb

Sumqayıt sakinindən narkotik vasitələr və silah aşkarlanıb. 

AZƏRTAC xəbər verir ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini E.Muradov Baş Narkotiklərlə Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində saxlanılıb. Axtarış zamanı ondan 4 qramdan artıq heroin aşkar olunaraq götürülüb.

Onun yaşadığı evə baxış zamanı 49 qramdan artıq heroin, 19 qramdan çox metamfetamin, iki elektron tərəzi, “Beretta” markalı tapança, patron darağı və 8 patron götürülüb.

Faktla bağlı şəhər polis idarəsində araşdırmalar aparılır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button