Hadisə

Polis düşmənin atıb qaçdığı xeyli silah-sursat aşkarladı – FOTO

Polis əməkdaşları tərəfindən düşmənin atıb qaçdığı xeyli silah-sursat aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Rəzdərə kəndi ərazisində xidmətdə olarkən oradan düşmənə məxsus 1 ədəd PKM pulemyotu, 1 ədəd RPQ-7 qumbaraatanı və 9 ədəd mərmi, 2 ədəd 120 mm-lik və 8 ədəd 82 mm-lik minaatan mərmiləri, 800 ədəd güllə və 400 kiloqram partlayıcı maddə aşkar edərək götürüblər. 

Bundan əlavə polis əməkdaşları rayon ərazisindən 2 ədəd PKM pulemyotu, 4 ədəd avtomat, həmçinin bu silahlara məxsus 2400 ədəd müxtəlif çaplı güllələr, 1 ədəd RPQ-7 qumbaraatanı, 2 ədəd mərmi və 4 ədəd F-1 əl qumbarası aşkar edərək aidiyyatı üzrə təhvil veriblər.  

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları da rayonun işğaldan azad edilmiş Güllücə kəndi ərazisində xidmətdə olarkən oradan Ermənistan ordusuna məxsus 447 ədəd müxtəlif çaplı avtomat patronları və rabitə vasitələri aşkar edərək götürüblər.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button