Hadisə

DİN xüsusi əməliyyat keçirdi, tutulanlar var

DİN xüsusi əməliyyat keçirdi, tutulanlar varDaxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi Balakəndə xüsusi əməliyyat keçirib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 10-a yaxın şəxs saxlanılıb. Onlardan külli miqdarda narkotik vasitə götürülüb.

Balakən Rayon Polis Şöbəsindən sayta əməliyyatın keçirildiyini təsdiqləsələr də, ətraflı açıqlama verilməyib: “Əməliyyatla bağlı Daxili İşlər Nazirliyi rəsmi məlumat yayacaq”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button