Hadisə

Bakıda evlərə qənim kəsilən dəstə üzvləri tutuldular-VİDEO

Suraxanı rayonu Bülbülə qəsəbəsi sakini olan bir nəfərin evindən oğurluq edilib. Zərərçəkən ərazi üzrə Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə bu barədə məlumat verərək, mənzilindən 7 min manat dəyərində bir ədəd televizorun, kombi aparatının, eləcə də digər məişət əşyalarının oğurlandığını bildirib. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən şəxslər – Sadiq Şəfiyev, Elşən Məmmədov. Canəli Mustafayev, Kəmalə Mustafayeva, Habil Nağıyev və Həsən Abbasov saxlanılıblar. Onların Suraxanı, eləcə də paytaxt və respublikanın digər rayonlarından ümumilikdə 30-dan çox evdən əsasən məişət əşyaları oğurladıqları məlum olub. 

Faktlarla bağlı 31-ci Polis Bölməsində toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Dəstə üzvlərinin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button