Hadisə

Azərbaycanda nazir müavini yıxılıb xəsarət aldı – qabırğası çatladı – FOTO

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov xəsarət alıb.

Savash.org xəbər verir ki, bu barədə “Report”a nazirliyin Mətbuat katibi Səmayə Məmmədova bildirib.

Onun sözlərinə görə, hadisə İ.İsmayılov işdən çıxarkən baş verib. S.Məmmədova bildirib ki, nazirlik rəsmisi ayağının burxulması nəticəsində yıxılıb: “İsmayıl müəllimin qabırğası çatlayıb. Ona ilkin həkim müdaxiləsi olub”.

Artıq İ.İsmayılovun xəstəxanadan evə buraxıldığını deyən mətbuat katibi onun müalicəsini ev şəraitində davam etdirdiyini diqqətə çatdırıb: “Ağır heç nə yoxdur, qısa zamanda işə çıxacaq”.

Qeyd edək ki, İsmayıl İsmayılovun xəstəxanaya yerləşdirilməsini unikal.org saytı yayıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button