Mixail Qorbaçov avtomobil qəzasına düşdü
SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov Moskvada avtomobil qəzasına düşüb.
Hadisə bu gün aprelin 3-də axşam baş verib. İlkin məlumata görə Qorbaçov qəza nəticəsində xəsarət almayıb. Qəzadan dərhal sona onun arxasınca başqa maşın göndəriblər və eks SSRİ prezidenti həmin avtomobillə hadisə yerindən uzaqlaşıb.
Qorbaçov özü qəza faktını təsdiqləyib və bildrib ki, nə özü, nə sürücüsü xəsarət almayıb. “Bizə ümumiyyətlə heç nə olmadı. O biri maşın əzildi. Mənimlə mühafizə zabiti gedirdi, o, hadisə yerində qaldı və situasiyanı araşdırmaqla məşğul oldu, mən isə yoluma davam etdim. Heç ləngimədim də. Qəzada kim günahkardır, mən bilmirəm. Yol patrul polisi araşdıracaq, biz digər maşınlarla eyni cərədə ümumi zolaqda hərəkət edirdik” -Qorbaçov bildirib.
Virtualaz.org