Hadisə

Göyçayda avtomobil su kanalına aşıb, yaralılar var

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Savash.org xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 200 km-də, rayonun Qarayazı kənd ərazisində qeydə alınıb.

Rayonun Bəydövül kənd sakini idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarə etməni itirib və nəqliyyat vasitəsi yol kənarında olan su kanalına aşıb.

Qəza nəticəsində yararsız hala düşmüş avtomobildən sürücü ilə bərabər daha dörd sərnişin çıxarılıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər təcili tibbi yardım briqadasının köməkliyi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Qeyd edək ki, yaralıların ikisi azyaşlı uşaqdır. Faktla bağlı araşdırma aparılır.  /Report

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button