Azı 7 nəfəri öldürən “Mosqaz” ləqəbli manyak özünü asdı
Moskvadakı “Matrosskaya tişina” təcridxanasında azı 7 nəfəri xüsusi amansızlıqla qətlə yetirdiyinə görə bu yaxınlarda həbs edilmiş “Mosqaz” ləqəbli manyak özünü asıb.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Tacikistan vətəndaşı olan miqrant Anuşerovan Rahmanov bu gecə saxlanıldığı təcridxanada intihar edib.
Onu huşsuz vəziyyətdə kəndirdən açıblar və xəxtəxanaya aparıblar. Lakin həkimlər manyakın həyatını xilas edə bilməyiblər.
Manyak özünü “Mosqaz”ın əməkdaşı kimi təqdim edərək Moskvada mənzillərə daxil olub və ev sahibini xüsusi amansızlıqla qətlə yetirərək pullarını götürüb. Bu pullara narkotik maddə alıb.
Rahmonov ötən əsrin 60-cı illərində SSRİ-ni lərzəyə salan erməni seriya qatil Vladimir İonesyanın metodu ilə hərəkət edib. İonesyan da özünü “Mosqaz” əməkdaşı kimi təqdim edərək mənzillərə daxil olur və tək yaşayan ev sahiblərini, əsasən azyaşlıları balta ilə qətlə yetirirdi.
Tacik manyak isə ondan da qəddar davranıb, daxil olduğu evlərdən birində bütöv ailəni – 4 nəfəri, o cümlədən azyaşlını qətlə yetirib. Həmçinin evə qaz buraxaraq yandırmağa çalışıb.
Onun izinə binalardan birinin girişindəki videomüşahidə kamerasının çəkdiyi görüntülər əsasında düşmək mümkün olub. İstintaq zamanı manyak daha bir neçə qətl törətdiyini etiraf edib. Lakin bu qətllərin tam araşdırılması mümkün olmayıb – manyak təcridxanada intihar edib