Hadisə
Bakıda çoxmərtəbəli bina yandı: 40 nəfər təxliyyə edildi
Bakıda yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsindən on altı mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 80 p.m , axırıncı mərtəbədə ümumi sahəsi 6 kv.m olan elektrik otağında kabellər 3 p.m yanıb, hər mərtəbədə quraşdırılmış elektrik sayğacları və binanın zirzəmisində quraşdırılmış 60 ədəd elektrik sayğacının 32 ədədi yüksək temperaturdan əriyib.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən yuxarı mərtəbələrdən 40 nəfər bina sakini təxliyə olunub. Yanğından mənzillər mühafizə olunub. Yanğın saat 01:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.