Hadisə

Rusiyalı aktyor evində ölü tapıldı

Rusiyalı aktyor Dmitri Pisarenko Moskvanın mərkəzindəki mənzilində ölü vəziyyətdə tapılıb.

Bu barədə TASS-a ölkənin hüquq mühafizə orqanlarından bildirilib.

“Bir gün əvvəl 61 yaşlı aktyor Dmitri Pisarenko Tverskaya küçəsindəki mənzilindən ölü tapılıb. Bədənində zorakılıq izləri yoxdur”, – deyə qeyd edilir.

Həftədə bir dəfə aktyora evində baş çəkən, yemək gətirən qohumu bu dəfə heç kimin qapını açmadığına görə polis çağırıb. Onun sözlərinə görə aktyor kəskin pankreatit xəstəsi olub.

Pisarenko “Çar İvan Qroznı”, “Lermontov” və “Baş müfəttiş” də daxil olmaqla 20-dən çox filmdə rol alıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button