Hadisə

Gecə saat 4-də evə girdilər, qadının ağzını \”skoç\”la bağladılar və… – XIRDALANDA

Gecə saat 4-də evə girdilər, qadının ağzını "skoç"la bağladılar və... - XIRDALANDAGecə evə gizlicə daxil olan maskalı şəxslər qadına qarşı zorakılıq edərək onu soyublar.

Savash.org Axar.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib. Dekabrın 1-i gecə saat 4-də 3 nəfər şəxs idman papaqlarından hazırlanmış maska taxaraq 1959-cu il təvəllüdlü Validə Əsgərovanın evinə girib. V.Əsgərovanın Q.Qarayev küçəsində yerləşən fərdi ikimərtəbəli yaşayış evinin 2-ci qatındakı nəfəsliyin pəncərəsindən içəri daxil olan maskalılar həmin vaxt yataq otağında olan zərərçəkənin ağzını skoçla bağlayıblar.

Bundan sonra qadının həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq hərəkətləri tətbiq edən quldurlar qadının əlindən 2 ədəd – hər birinin dəyəri 1000 manat olan üzüyü çıxarıblar.

Bundan başqa yataq otağında olan dolabın üstündən hər birinin dəyəri 300 manat olan “Nokia 72 E” və “Bləkberri” (“Blackberry”) markalı mobil telefonları da götürüblər.

Faktla bağlı Abşeron rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə cinayət işi açılıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button