Hadisə

Dövlət Baytarlıq Nəzarəti Xidməti Ucar şöbəsinin binası yandı

Dövlət Baytarlıq Nəzarəti Xidməti Ucar şöbəsinin binası yandı
Ucar rayonunda güclü yanğın hadisəsi baş verib.

APA-nın xəbərinə görə, yanğın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Ucar rayon şöbəsinin inzibati binasınsda qeydə alınıb. Üç mərtəbəli binanın yuxarı hissəsində başlanan yanğın tezliklə bütün binanı əhatə edib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar və Göyçay rayonlarının Yanğından Mühafizə hissələrinin canlı qüvvəsi, texnikası cəlb olunub. Binada olan şəxslər evakuasiya edilib. Yanğın lokallaşdlrılıb.

Binanın tamamilə yandığı bildirilir. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının səbəbləri araşdırlıır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button